Bank Of Baku

“Azərbaycan muzey şəbəkəsi beynəlxalq-muzeylərarası sistem kontekstində” mövzusunda konfrans keçirilib

“Azərbaycan muzey şəbəkəsi beynəlxalq-muzeylərarası sistem kontekstində” mövzusunda konfrans keçirilib
# 25 dekabr 2009 11:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda fəaliyyət göstərən muzeylərin vahid şəbəkəsi yaradılacaq. APA-nın məlumatına görə, bunu dekabrın 25-də Lətif Kərimov adına Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənəti Muzeyində “Azərbaycan muzey şəbəkəsi beynəlxalq-muzeylərarası sistem kontekstində” mövzusunda keçirilən konfransda Xalça Muzeyinin direktoru Röya Tağıyeva deyib. O, bildirib ki, bu şəbəkə vasitəsilə muzeylər müştərək layihələr həyata keçirəcək və muzey beynəlxalq muzey şəbəkəsinə daxil olacaq: “Bu konfransın keçirilməsində məqsəd Azərbaycanda Muzey İcmasının imkanlarının genişləndirilməsinə xidmət edən müştərək layihələr həyata keçirməkdir. Biz istəyirik ki, bu layihələr vasitəsilə cəmiyyətin rifahına xidmət edən muzeylər yaradaq. İndi bizim muzey işçilərimiz öz layihələri barədə danışacaq və biz onları müzakirə edəcəyik”.

Görüş iştirakçıları Azərbaycanda muzey şəbəkəsinin beynəlxalq perspektivləri, yeni muzeylər, muzeylərarası əlaqələr mövzusunda fikir mübadiləsi aparıblar. Konfransda həmçinin muzeylərin cəmiyyətdəki rolu haqqında da müzakirələr təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR