Bank Of Baku

“Bakı gecələri” estrada müsabiqəsinin qala-konserti keçirilib

“Bakı gecələri” estrada müsabiqəsinin qala-konserti keçirilib
# 25 dekabr 2009 12:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin keçirdiyi “Bakı gecələri” estrada müsabiqəsinin qala-konserti keçirilib. APA-nın məlumatına görə, konsertdən əvvəl çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, “Bakı Gecələri” II estrada mahnı müsabiqəsi Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafı məqsədi ilə keçirilir.
Qala-konsertdə müsabiqənin müxtəlif nominasiyaları üzrə qaliblərinin adları da açıqlanıb.
Müsabiqəyə təqdim olunan 60-a yaxın mahnıdan 17-si finala vəsiqə qazanıb və həmin mahnılar final gecəsi ifa olunub.

Münsiflər heyətinin qərarı ilə finala Aygün Səmədzadə, Faiq Sücəddinov, Tahir Əkbər, Xanım İsmayılqızı, İsmayıl Əsədov, Emin Kəriminin populyar mahnıları seçilmişdi. Qala-konsertdə müsabiqənin “qran-pri” mükafatı bir çox populyar mahnıların müəllifi Murad Arifə təqdim olunub. Gənc bəstəkarın yazdığı "Sevdiyini söylə" mahnısını müğənnilər Natəvan Həbibi və İntizar Məmmədov birgə ifa ediblər.

Qala-konsertdə “Ən yaxşı bəstəkar” – Aygün Səmədzadə, Ceyhun Əliyev, Tahir Əkbər, “Ən yaxşı şair” – Rövşən Nicat, Xuraman Vəfa, Vahid Əziz, “Ən yaxşı oranjiman” – İsmayıl Əsədov, Emin Kərimi, Nazim Əhmədov, “Ən yaxşı ifa”- Xəyyam Nisanov, Ayaz Qasımov, “N brothers” qrupu, nominasiyasında mükafatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR