Bank Of Baku

Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə sərgi açılıb – FOTOSESSİYA

Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə sərgi açılıb – <font color=red>FOTOSESSİYA </font>
# 25 dekabr 2009 14:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Səttar Bəhlulzadənin muzeyin fondlarında qorunub saxlanan orijinal əsərlərindən ibarət sərgi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev S. Bəhlulzadənin əsərlərinin Azərbaycan rəssamlıq məktəbində özünəməxsus iz qoyduğunu vurğulayıb. O bildirib ki, bu il UNESCO-da Səttar Bəhlulzadə ili elan olunması çox böyük hadisədir və bu cür tədbirlər növbəti illərdə də davamlı olaraq keçiriləcək.

Sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, heykəltəraş Ömər Eldarov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov da Səttar Bəhlulzadə yaradıcılığına nəzər salıblar.

Rəssamın əsərlərindən ibarət xüsusi kataloq və Milli Kitabxananın çap etdirdiyi “Səttar Bəhlulzadə biblioqrafiyası” da tədbir iştirakçılarına təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR