Bank Of Baku

Bu gün Uşaq Xalq Çalğı Alətləri Orkestri ilk konsertini verəcək

Bu gün Uşaq Xalq Çalğı Alətləri Orkestri ilk konsertini verəcək
# 26 dekabr 2009 01:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 26-da Azərbaycan Dövlət Filarmoniyasında Uşaq Xalq Çalğı Alətləri Orkestrinin konsertinin keçirilməsi planlaşdırılır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, konsert 2009-cu ilin Azərbaycanın prezidenti tərəfindən “Uşaq ili” elan olunması münasibəti ilə həyata keçiriləcək.
Z.Əliyeva bildirib ki, bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə Azərbaycan Dövlət Filarmoniyası nəzdində Uşaq Xalq Çalğı Alətləri Orkestri yaradılıb: “Artıq uzun müddətdir ki, bu orkestr çalışır, məşq edir. Orkestrin repertuarında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev kimi görkəmli Azərbaycan bəstəkarlarının əsərləri var. Orkestrin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev, dirijoru Sahib Paşazadədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR