Bank Of Baku

Xırdalandakı 1 saylı orta məktəbdə 10 yaşlı rəssam Şəbnəm Qocayevanın sərgisi açılıb - FOTOSESSİYA

Xırdalandakı 1 saylı orta məktəbdə 10 yaşlı rəssam Şəbnəm Qocayevanın sərgisi açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 26 dekabr 2009 10:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xırdalan şəhərinin 1 saylı orta məktəbində 10 yaşlı rəssam Şəbnəm Qocayevanın sərgisi açılıb. Sərgidə azyaşlı rəssamın akvarel janrında 26 əsəri nümayiş etdirilib. Rəssamın anası Rəna Qocayevanın APA-ya verdiyi məlumata görə, sərginin açılışına Abşeron rayon İcra Hakimiyyətinin, Xırdalan şəhər Maarif İdarəsinin nümayəndələri, eləcə də məktəb müdirliyi və şagirdlər qatılıb. Sərgidə çıxış edənlər azyaşlı rəssamın istedadına diqqət çəkiblər.

R. Qocayeva deyib ki, qızında rəsmə həvəs 3 yaşında yaranıb və Şəbnəm elə o yaşdan müxtəlif rəsm əsərləri çəkir: “Sonra mən Şəbnəmi Həzi Aslanov adına Zabitlər Evində rəsmə yazdırdım. Çox istərdim ki, qızım tanınmış rəssam olsun. Çünki o, həqiqətən çox istedadlıdır. Qızım eyni zamanda fortepiano üzrə musiqi təhsili də alır. Həm rəsm, həm musiqiyə vaxt ayırmasına baxmayaraq, məktəbdə də əlacıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR