Bank Of Baku

Gədəbəy, Şəmkir və Qazaxda uşaqlar üçün tamaşa nümayiş etdirilib

Gədəbəy, Şəmkir və Qazaxda uşaqlar üçün tamaşa nümayiş etdirilib
# 26 dekabr 2009 11:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Regionların inkişafı” İctimai Birliyi Gədəbəy, Şəmkir və Qazax rayon İcra hakimiyyətləri ilə birlikdə “Uşaq İli”nin yekunu, eləcə də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tamaşa hazırlanıb. Layihə çərçivəsində adları çəkilən bölgələrdə Gəncə Dövlət Dram Teatrının hazırladığı “Ayının qoçaqlığı” tamaşası nümayiş olunub. Teatrın direktoru Əli Qasımovun APA-ya verdiyi məlumata görə, adı çəkilən rayonlarda nümayiş olunan tamaşa zamanı eyni zamanda Qar qız və Şaxta babanın iştirakı ilə əyləncəli səhnəciklər göstərilib. Tamaşanın müəllifi Ələsgər Qurbanov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif Şərifovdur. Rolları əməkdar artistlər Məmmədəli Balayev, Ramiz Vəliyev, aktrisa Zəminə Cəfərova, aktyor Mətləb Təhmazi, Şükufə Salmanova, Salam İsmayılov və başqaları ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR