Bank Of Baku

Yeni ildə Musiqili Komediya Teatrında premyerası keçiriləcək ilk tamaşa “İddialı qaracı” operettası olacaq - FOTO

Yeni ildə Musiqili Komediya Teatrında premyerası keçiriləcək ilk tamaşa “İddialı qaracı” operettası olacaq - <font color=red>FOTO</font>
# 28 dekabr 2009 13:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2010-cu ildə 100-cü yubiley ilinə qədəm qoyan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi elə ilin ilk günlərində öz tamaşacılarını yeni premyera ilə sevindirəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İ. Kalmanın “İddialı qaracı” operettası ilk dəfə olaraq Azərbaycan dilində səslənəcək. Əsərin tərcüməsi Faiq Zöhrabov və Siyavuş Məmmədzadəyə məxsusdur. Tamaşanın quruluşçu rejissoru xalq artisti, professor Cənnət Səlimova, bədii tərtibatçısı əməkdar rəssam İsmayıl Məmmədovdur. Dünyanın ən tanınmış orkestrləri ilə birgə çıxışlarından tanınan Azərbaycanın əməkdar incəsənət xadimi, professor Yalcın Adıgözəlov ilk dəfə olaraq Musiqili Komediya Teatrının simfonik orkestrində dirijor pultu arxasında dayanacaq. Bu, son 20 ildə Musiqili Komediya Teatrına dəvət olunan ilk dirijordur. Tamaşada əsas rollarda xalq artisti Elxan Əhədzadə, əməkdar artistlər Ramiz Məmmədov, Elcin Həmidov, aktyorlar Fərid Əliyev, Nərgiz Kərimova, Ülviyyə Əliyeva, Əzizaga Əzizov, Səmədzadə Xasıyev, Novruz Əliyev, Mehriban Zalıyeva, Nadir Xasıyev, Möylə Mirzəliyev, Hüseyn Əlili, Gültac Həsənova, Vüqar Hacıyev, Saleh Sadıxov, Ziyadxan Cəbrayılov, Elxan İsmayılov çıxış edəcəklər. Tamaşanın pyemyerası yanvarın 15,16 və 17- də keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR