Bank Of Baku

Azərbaycanın ilk peşəkar kinorejissoru Səməd Mərdanovun 100 illik yubiley tədbiri keçirilib

Azərbaycanın ilk peşəkar kinorejissoru Səməd Mərdanovun 100 illik yubiley tədbiri keçirilib
# 28 dekabr 2009 14:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Muzey Mərkəzində Azərbaycanın il peşəkar kinorejissoru Səməd Mərdanovun 100 illik yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev rejissorun həyat və yaradıcılığından danışıb. O bildirib ki, Azərbaycan ilk professional kinorejissoru olan Səməd Mərdanov sağlığında nəinki Azərbaycanda, həm də keçmiş Sovetlər İttifaqında yaxşı tanınıb və sevilib: “Təkcə ona görə yox ki, yaradıcılıq bioqrafiyasında bir neçə mükəmməl filmin adı yazılmışdı. Həm də ona görə ki, hələ tələbəlik illərindən incəsənət aləmində ağıllı, savadlı, yüksək mədəniyyətli gənc sənətkar kimi tanınmışdı. Əgər belə olmasaydı, tələbə rejissoru Moskvadan çağırtdırıb “Köçərilər” sənədli filminin çəkilişini ona tapşırmazdılar”.

Tədbirdə rejissor Oqtay Mirqasımov, kinoşünas Aydın Kazımzadə, eləcə də digər kino xadimləri S. Mərdanovla bağlı xatirələrini bölüşüblər.
Muzeyin foyesində Səməd Mərdanovun həyat və yaradıcılığını əks etdirən foto-sərgidə nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR