Bank Of Baku

Azərbaycanlı rəssam layihə əsasında bir il Fransada işləyəcək

Azərbaycanlı rəssam layihə əsasında bir il Fransada işləyəcək
# 29 dekabr 2009 14:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı rəssam Niyaz Nəcəfov işləmək üçün Fransaya gedəcək. APA-nın məlumatına görə, bu barədə rəssam bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Fransaya səfərinin məqsədi orada aldığı iş təklifidir: “Bu layihənin həyata keçməsi mənim üçün olduqca əlamətdardır. Məhz Fransanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə mən bir il orada çalışacağam. Bir ildən sonra isə yenidən Vətənə qayıdacağam və burada yaradıcılığımı davam etdirəcəyəm”.

N. Nəcəfovun sözlərinə görə, Fransada o emalatxana ilə təmin olunacaq: “Bu müddət ərzində əsasən müxtəlif sərgilərdə iştirak etməyə çalışacağam və öz yaradıcılığımı davam etdirəcəyəm. Ötən həftə mən Bakıda ilk fərdi sərgimi keçirdim və bu sərgi mənə çox gözəl hisslər yaşatdı”. Xatırladaq ki, Azərbaycanlı rəssamın əsərləri ABŞ, İngiltərə, Fransanın şəxsi kolleksiyalarında saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR