Bank Of Baku

“Uşaq ili”nin yekunlarına həsr olunmuş sərgi açılıb

“Uşaq ili”nin yekunlarına həsr olunmuş sərgi açılıb
# 29 dekabr 2009 15:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dekabrın 29-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Mərkəzi Sərgi Salonunda “Uşaq ili”nin yekunlarına həsr olunmuş sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgi Azərbaycan Rəssamlar İttifaqı ilə “Da art” Təsviri İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Mərkəzin direktoru Dilarə Atakişiyeva bildirib ki, bu sərgi eyni zamanda dünya şöhrətli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunub: “Düşündük ki, bizim mərkəzdə dərs almış, hazırda isə peşəkar fəaliyyətlə məşğul olan gənc rəssamların sərgisini təşkil edək. Onlar məmnuniyyətlə əsərlərini təqdim etdilər”.

Mərkəz rəhbərinin sözlərinə görə, sərgidə 4 yaşdan yuxarı rəssamların 160-a yaxın əsəri nümayiş etdirilir: “Sərgidə nümayiş olunan əsərlərdən 20-yə qədəri satışdadır. Satışa çıxarılan əsərlərin qiyməti 25-55 manat arasındadır. Satışdan əldə olunan vəsait maddi sıxıntı yaşayan veteran rəssamlara veriləcək”.

İndiyədək bir neçə dəfə bu cür xeyriyyə məqsədli satış-sərginin həyata keçirildiyini qeyd edən D. Atakişiyeva sərginin bir gün davam edəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR