Bank Of Baku

Musiqili Komediya Teatrında Arif Məlikovun “Ləpələr” tamaşası səhnələşdirilir

Musiqili Komediya Teatrında Arif Məlikovun “Ləpələr” tamaşası səhnələşdirilir
# 06 yanvar 2010 07:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100 illik yubileyi çərçivəsində yeni tamaşaların məşqinə başlayıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə teatr kollektivi yubiley mövsümündə tamaşaçılara bir sıra yeni əsərlər təqdim etməklə yanaşı, vaxtı ilə bu səhnədə uğur qazanmış retro tamaşaların səhnəyə gətirilməsi üçün də yeni addımlar atır. Belə tamaşalardan biri də bəstəkar, SSRİ xalq artisi Arif Məlikovun və şair Əliağa Kürçaylının “Ləpələr” iki hissəli musiqili komediyasıdır. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Arif Məlikovun bu operettasını ilk dəfə 1967-ci ildə rejissor, xalq artisti Şəmsi Bədəlbəylinin quruluşunda təqdim edib.
Əsərə rejissor Mikayıl Mikayılov quruluş verir. Quruluşçu dirijor isə teatrın baş dirijoru, əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Tamaşada baş rolları Ramil Qasımov (Sahibzadə), Gültac Həsənova (Ceyran), Ülviyyə Əliyeva (Narıngül), Əlimməməd Novruzov (Ağabala) ifa edəcəklər. Xalq artisti Arif Quliyev (Qubad), aktyor Çingiz Əhmədov (Əsgər) da tamaşada obrazlar yaradacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR