Bank Of Baku

Silvestr Stallonenin boynu sınıb

Silvestr Stallonenin boynu sınıb
# 06 yanvar 2010 08:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Soyuqqanlı” (“The Expendables”) filminin çəkilişi zamanı tanınmış aktyor Silvestr Stallone həyatını itirmək təhlükəsi ilə üzləşib. APA-nın “The Telegraph” saytına istinadən yaydığı xəbərə görə, bu layihə ambisioz bir layihədir. Silvestr Stallone ilə yanaşı, bu filmdə Hollividun ən məşhur aktyorları – Arnold Şvartsnegger, Erik Robert, Bryüs Uilles, Mikki Rurka çəkiliblər. Filmdə mərhum aktyor Brittani Merfi də çəkilib.

63 yaşlı Silvestr Stalloni etiraf edib ki, çəkiliş zamanı özünü o qədər həyatda hiss edib ki, “Buz parçası” ləqəbli qladiotar Stiven Ostinlə döyüş Stallone üçün az qala sonuncu ola bilərdi. Məhz Stiven Ostinlə döyüş zamanı Stallonenin boynu sınıb: “Mən zarafat etmirəm. Əvvəlcə deməmişdim, amma əməliyyata ehtiyac oldu. Hazırda onurğama metal plastik yerləşdirilib. O mənim başımdan elə vurdu ki, mən hiss etdim ki, onurğam qatlanır”. Həmin hadisədən sonra aktyorun zədə aldığı nahiyədə güclü şişmə başlayıb. Onu heleqopterlə yaxın klinikaların birinə çatdırıblar.

Film Cənubi Amerikada hakimiyyətdə olan diktatoru devirmək istəyən bir qrup muzdlu haqqındadır. Filmin ssenari müəllifi də, rejissoru da Stallonenin özüdür. Bu hadisə Stallonenin başına birinci dəfə deyil ki, gəlir. “Rokki 4” filminin də çəkilişi zaman Stalone çox ağır zərbə almışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR