Bank Of Baku

Bu il “Azərbaycanfilm”də iki yeni filmin istehsalı nəzərdə tutulur

Bu il “Azərbaycanfilm”də iki yeni filmin istehsalı nəzərdə tutulur
# 07 yanvar 2010 23:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında 2010-cu ildə iki yeni filmin çəkilişi nəzərdə tutulur.

Kinostudiyadan APA-ya verilən məlumata görə, bu filmlər “Bəşəriyyətin xilası” və “Tərsinə çevrilmiş dünya”dır.

”Bəşəriyyətin xilası” filminin quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyevdir. Hazırda bu film hazırlıq dövründədir. “Tərsinə çevrilmiş dünya” filminə isə rejissor Ənvər Əbluc Çingiz Hüseynovun ssenarisi əsasında quruluş verəcək. Film hələ ki, rejissor ssenarisinin yazılışı dövründədir. Hər iki filmin çəkilişinə iki aydan sonra başlanılması planlaşdırılır. Ötən ildən yarımçıq qalan rejissor Eldar Quliyevin “İstanbul reysi” filmi artıq tamamlanmaq üzrədir. İlqar Nəcəfovun “Buta” adlı film üzərində də hazırda səsləndirmə işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR