Bank Of Baku

Sankt-Peterburqun Teatr Mərkəzi Bakıda tamaşa nümayiş etdirəcək

Sankt-Peterburqun Teatr Mərkəzi Bakıda tamaşa nümayiş etdirəcək
# 08 yanvar 2010 10:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Sankt-Peterburqun Teatr Mərkəzi Bakıya səfər edəcək. Teatr Mərkəzinin kollektivi iki gün ərzində “Qızılgül ləçəklərindən vanna” (“Ванна из лепетсков роз”) adlı tamaşa ilə çıxış edəcək. Tamaşa Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında nümayiş etdiriləcək.

Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin APA-ya verdiyi məlumata görə, Sankt-Peterburqun Teatr Mərkəzinin Bakıdakı çıxışı fevralın 13-14-nə nəzərdə tutulur.

Tamaşada baş rolları Rusiyanın tanınmış aktyorları Olqa Kobo və Aleksey Jarkov oynayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR