Bank Of Baku

Fərhad Xəlilov: “Gənc rəssamlarımız dünyanı daha çox görməli, qavramalı və özlərini daha da çox tanıtmalıdır” – FOTO

Fərhad Xəlilov: “Gənc rəssamlarımız dünyanı daha çox görməli, qavramalı və özlərini daha da çox tanıtmalıdır” – <font color=red>FOTO </font>
# 08 yanvar 2010 15:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Arzu edərdim ki, bizim gənc nəsil rəssamlarımız dünyanı daha çox görsünlər, qavrasınlar və dünyaya özlərini daha çox tanıtsınlar. Bu problem hər zaman olub və bu gün də davam edir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov deyib. F. Xəlilov bu yaxınlarda 60-a yaxın rəssamın ittifaqa üzv qəbul edildiyini açıqlayıb: “Onların özlərini təqdim etmək, tanıtmaq imkanı var. Kim özünü nə qədər çox tanıtsa, işi o qədər irəli olacaq. Hər rəssam bir neçə il ərzində nəyə qadir olduğunu göstərməlidir”.

Fərhad Xəlilov bildirib ki, Rəssamlar İttifaqına üzvlərin qəbulu zamanı rəssamın peşəkarlığına, savadına, eyni zamanda sərgilərdə fəallığına önəm verilir: “Bizim təşkilat peşəkar bir təşkilatdır və rəssamlarda önəm verdiyimiz əsas xüsusiyyət peşəkarlıqdır. Qeyri-peşəkar rəssamlar üçün də ittifaqın nəzdində qeyri-peşəkar rəssamlar birliyi yaratmışıq. Əvvəllər bu rəssamlar başlı-başına qalmışdı. Rəyasət Heyətində qərara gəldik ki, belə bir birlik yaradaq. Bu gün onların arasında çox maraqlı əsərlər yaradan şəxslər var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR