Bank Of Baku

Regionlarda fəaliyyət göstərən teatrların monitorinqi aparılacaq

Regionlarda fəaliyyət göstərən teatrların monitorinqi aparılacaq
# 11 yanvar 2010 08:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Regionlarda fəaliyyət göstərən teatrların monitorinqi aparılacaq. Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımovun APA-ya verdiyi məlumata görə, monitorinq Mingəçevir, Gəncə, Şəki və Qax rayonlarında fəaliyyət göstərən teatrları əhatə edəcək. Monitorinq “Regionlarda teatrların vəziyyətinin monitorinqi, problemlərin müəyyənləşdirməsi və ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək: “Layihənin əsas məqsədi regionlarda teatrların problemlərini aktuallaşdırmaq və ictimai maraqları gücləndirməklə teatr sənətinin inkişafını gücləndirməkdir. Dörd ay müddətində həyata keçiriləcək layihə çərçivəsində əvvəlcə həmin teatrlarda monitorinqlər keçiriləcək, sonra isə ictimai müzakirələr aparılacaq”.

X. Kazımovun sözlərinə görə, monitorinqlər başa çatdıqdan sonra Bakı şəhərində iki dəfə ictimai müzakirələr keçiriləcək: “Müzakirələrdə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin, tanınmış aktyorların, mədəniyyət xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Regionlarda teatrların problemlərinin öyrənilməsi və aparılan ictimai müzakirələrin yekunu olaraq bu problemlər aktuallaşdırılacaq”.
Qeyd edək ki, hazırda respublikada fəaliyyət göstərən 27 dövlət teatrı və bu şəbəkəyə daxil olan digər qurumlar mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR