Bank Of Baku

Sankt-Peterburqda “Oazis” Şərq rəqsləri festival-müsabiqəsi keçiriləcək

Sankt-Peterburqda “Oazis” Şərq rəqsləri festival-müsabiqəsi keçiriləcək
# 12 yanvar 2010 01:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 20-24 yanvar tarixlərində Sankt-Peterburqda “Oazis” Şərq rəqsləri festival-müsabiqəsi keçiriləcək.

APA-nın Rusiya saytlarına istinadən xəbərinə görə, tədbirdə müsabiqə ilə yanaşı, seminar, master-klasslar, dəyirmi masalar, mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur. Festivalda Azərbaycanın da iştirakı gözlənilir.

Adətən, bu festivalı 3500 tamaşaçı izləyir, müsabiqə və konsert proqramlarında 300 rəqqas iştirak edir. Şərq rəqsləri müsabiqəsi yanvarın 23-də keçiriləcək. Digər ölkələrlə yanaşı, həmin gün Azərbaycan təmsilçisi də çıxış edəcək. Ümumilikdə festival-müsabiqə çərçivəsində 13 master-klass keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR