Bank Of Baku

“Grammy” mükafatçısı məşhur skripka ifaçısı Qidon Kremer Bakıda konsert verəcək

“Grammy” mükafatçısı məşhur skripka ifaçısı Qidon Kremer Bakıda konsert verəcək
# 12 yanvar 2010 11:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fevralın 7-də dünyaca tanınmış skripka ifaçısı Qidon Kremer Bakıda konsert verəcək. Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq konsertdə skripkaçı özünün “Kremerata Baltika” Kamera Orkestri ilə birgə çıxış edəcək. Konsertin təşkilatçılarından olan Nəzakət Qasımovanın APA-ya verdiyi məlumata görə, konsertdə solist qismində Qidon Kremerdən başqa Azərbaycanın əməkdar artisti Murad Adıgözəlzadə də çıxış edəcək. Konsertin proqramında Motsart və Qaydnın mahnıları ifa olunacaq.

Qeyd edək ki, Bakıda çıxış edəcək məşhur skripka ifaçısı Qidon Kremer çoxsaylı mükafatlar qazanıb. Eyni zamanda musiqiçi Çaykovski adına beynəlxalq musiqi müsabiqəsinin, “Grammy” mükafatı və Liberti və Rolf Şok kimi mükafatların sahibidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR