Bank Of Baku

“Dədə Qorqud”, “Nəsimi”, “Qayınana”, “Ögey ana” və digər filmlərin bərpası nəzərdə tutulur

“Dədə Qorqud”, “Nəsimi”, “Qayınana”, “Ögey ana” və digər filmlərin bərpası nəzərdə tutulur
# 12 yanvar 2010 15:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2010-cu ildə Dövlət Film Fondu tərəfindən Azərbaycanın tanınmış filmlərinin bərpası nəzərdə tutulur. Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, bu il ərzində “Qayınana”, “Dədə Qorqud”, “Məlikməmməd “(“Əzablı yollar”), “Şir evdən getdi”, “Nəsimi”, “Bizim Cəbiş müəllim”, “Ögey ana”, “Bir qalanın sirri”, “Sehirli xalat”, “Oxuyur Müslüm Maqomayev”, “Mən nəğmə bəstələyirəm” və digər filmlər bərpa olunacaq.

Bu il ərzində, həmçinin Dövlət Film Fondu tərəfindən çoxsaylı kino xadimlərinin, tanınmış aktyorların yubileylərinin keçirilməsi də nəzərdə tutulur. Kamil Rüstəmbəyovun 85, Leyla Bədirbəylinin 90, Ələsgər Ələkbərovun 100, Bəşir Səfəroğlunun 85, Həsən Seyidbəylinin 90, Lətif Səfərovun 80, İsmayıl Əfəndiyevin 100, Hüseyn Seyidzadənin 100 illik yubileyləri keçiriləcək. C. Quliyev bildirib ki, hazırda bu tədbirlərə hazırlıq gedir və tədbirlər zamanı hər bir kino xadiminin şəxsi foto-arxivi də sənətsevərlərin ixtiyarına veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR