Bank Of Baku

Naxçıvan teatrı Avropa dramaturgiyasına müraciət edəcək

Naxçıvan teatrı Avropa dramaturgiyasına müraciət edəcək
# 12 yanvar 2010 23:28 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev – APA. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu il dörd yeni tamaşa səhnələşdirəcək.

Teatrın direktoru, xalq artisti Kamran Quliyevin APA-ya verdiyi məlumata görə, teatr uzun fasilədən sonra Avropa dramaturgiyasına müraciət etməyi planlaşdırır.

2010-cu ildə görkəmli alman dramaturqu, incəsənət nəzəriyyəçisi və maarifçisi Qothold Efraim Lessinqin “Müdrik Natan” əsəri tamaşaya hazırlanacaq. Teatrda həmçinin dahi italyan şairi Aliqeyri Dantenin dünya ədəbiyyatının incilərindən sayılan “İlahi komediya”sının da səhnələşdirilməsi nəzərdə tutulur.

Bu il şair Müzəffər Nəsirlinin şairə Qonçabəyimin həyatından bəhs edən “Qonçabəyimin nəğməsi” pyesi, görkəmli ədəbiyyatşünas alim, tənqidçi Məmməd Cəfərin “İnsanlar və talelər” əsəri də səhnələşdiriləcək.

Qeyd edək ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrı ötən il Əkrəm Əylislinin “Yazığam, sevmə məni”, Elçinin “Ah Paris, Paris…”, Anarın «Qaravəlli» və Şamil Sadiqin “Qana qan qarışdı” əsərlərini tamaşaya qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR