Bank Of Baku

Hacı İsmayılov “Mosfilm”də Azərbaycan haqqında istehsal olunan filmdə poçt işçisi rolunu canlandırıb - FOTO

Hacı İsmayılov “Mosfilm”də Azərbaycan haqqında istehsal olunan filmdə poçt işçisi rolunu canlandırıb - <font color=red>FOTO </font>
# 13 yanvar 2010 13:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın tanınmış kinostudiyası olan “Mosfilm”də Azərbaycan haqqında film istehsal olunacaq. Bu barədə APA-ya məlumat verən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Hacı İsmayılov bildirib ki, sözügedən film azərbaycanlı rejissor Murad İbrahimbəyov tərəfindən ekranlaşdırılır. “Qardaşım əvəzsizdir” adlı filmdə Hacı İsmayılov poçtda işləyən yaşlı bir kişi rolunu canlandırıb. Aktyorun sözlərinə görə, filmin çəkilişləri İçərişəhərdə, Buzovnada və digər yerlərdə baş tutub: “Hazırda isə filmin çəkilişləri xaricdə davam etdirilir. Filmin çəkilişləri dövründə çox maraqlı səhnələr olub. Ümumiyyətlə bu, mənim Muradla ilk işbirliyim deyil. Bu zamana kimi onun bir neçə filmində rol oynamışam və bütün filmləri çox maraqlı, baxımlı alınır. Ümumilikdə film azərbaycanlıların həyatından bəhs edir. Filmdə olduqca maraqlı faktlar yer alıb”. Film Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkilir.

Hacı İsmayılov Akademik Milli Dram Teatrının hazırkı durumu ilə bağlı da fikirlərini bölüşüb: “Bizim teatrın binasında hazırda əsaslı təmir işləri aparılır. Biz hazırda topu olub meydançası olmayan futbolçuya bənzəyirik. Teatr axı meydançadır, meydança olmadan yaxşı futbolçu olmaq çox çətindir. Bu teatrdan razı və narazı olan insanlar ola bilər. Sözün düzü, aktyor hər bir durumda teatrdan narazı olur. Bu bir keçid dövrüdür, teatr binamıza qədəmimizi qoyan gündən bizdə hər şey yerində olacaq. Şəraitsizlik çox narazılıqlar yetirir, ancaq mənə elə gəlir ki, bu, belə davam etməyəcək. Teatrın binası əsaslı təmirdən sonra təhvil veriləndən sonra çox gözəl tamaşalar hazırlanacaq, teatrda yaradıcılıq işi yenidən başlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR