Bank Of Baku

Zaqatalada “Cavadxan” filminin təqdimat mərasimi keçirilib

Zaqatalada “Cavadxan” filminin təqdimat mərasimi keçirilib
# 13 yanvar 2010 23:34 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov. APA. Zaqatala rayonunda “Cavadxan” filminin təqdimat mərasimi keçirilib.

Zaqatala rayon İcra Hakimiyyəti aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, “Cavadxan” filminin təqdimat mərasimi rayonun Əliabad qəsəbə Mədəniyyət Evində keçirilib.

Təqdimat mərasimində filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, rejissor Rövşən Almuradlı, “ULİS” prodüser mərkəzinin direktoru Gəraybəy Əlibəyli, Zaqatala RİH başçısı Mübariz Əhmədzadə, rayonun idarə və müəssisə rəhbərləri, rayon ziyalıları iştirak ediblər.

Mərasimdə çıxış edən M.Əhmədzadə “Cavadxan” filminin çəkilişində köməyi olan hər kəsə və filmin yaradıcı kollektivinə zaqatalalılar adından dərin minnətdarlığını bildirib.

S.Rüstəmxanlı və R.Almuradlı qeyd ediblər ki, filmin çəkilişi ilə Azərbaycan xalqının qəhrəman oğlu olan Cavadxanın müqəddəs ruhu qarşısında borcumuzun az da olsa, bir hissəsinə qaytara bilmişik.

Çıxışlardan sonra “Cavadxan” filmi nümayiş edilib.

Qeyd edək ki, “Cavadxan” filminin çəkilişi zamanı filmin müəyyən hissələri 2007-ci ildə Zaqatala rayonunda çəkilib, tarixi abidə olan “Zaqatala qalası” filmin çəkilişi zamanı istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR