Bank Of Baku

“Cavanşir” və “Qızıl” cizgi filmlərinin təqdimatı keçiriləcək

“Cavanşir” və “Qızıl” cizgi filmlərinin təqdimatı keçiriləcək
# 14 yanvar 2010 03:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dövlət Film Fondunun nəzdində fəaliyyət göstərən Uşaq Kino Evində iki yeni animasiya filminin təqdimatı keçiriləcək.

Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, “Cizgi filmlər aləminə səyahət” adlı kinoklubda Elçin Hami Axundovun “Cavanşir” və “Qızıl” cizgi filmləri azyaşlı tamaşaçıların ixtiyarına veriləcək.

Tədbirdə animasiya filmlərinin rejissoru, “Azanfilm” Kinostudiyasının direktoru Elçin Hami Axundovla görüş keçirilməsi də nəzərdə tutulur. Həmin təqdimatda “Mən kino çəkirəm” uşaq rəsm sərgisinin qaliblərinin mükafatlandırılması da baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR