Bank Of Baku

Sankt-Peterburq Akademik Opera və Balet Teatrının solistləri Bakıda çıxış edəcəklər

Sankt-Peterburq Akademik Opera və Balet Teatrının solistləri Bakıda çıxış edəcəklər
# 14 yanvar 2010 12:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yanvarın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Sankt-Peterburqun Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Rusiyanın əməkdar artistləri Anastasiya Koleqova və Danil Korfuntsey çıxış edəcəklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr rəhbərliyinin dəvəti ilə onlar P. Çaykovskinin “Qu gölü” baletinin tamaşasında baş rolları Odetta-Odilliya və Şahzadə Ziqfriq rollarını ifa edəcəklər.

Anastasiya Koleqova hazırda Rusiyanın tanınmış balet ulduzlarından biridir. Onun dünyanın bir sıra ölkələrində - Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa, İsveçrə, İtaliya, Hollandiya, Belçika və s. qastrolları uğurla baş tutub.
A.Koleqova da klassik balet sənətinin ulduzları sırasında önəmli yer tutur. A. Koleqovanın tərəf-müqabili D. Korfuntsev və Mariinski Teatrının istedadlı solistlərindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR