Maqbet Bünyatov və Mərahim Fərzəlibəyov Bəsti Cəfərovanın ittihamlarına cavab verib
M. Fərzəlibəyov isə APA-ya açıqlamasında B. Cəfərovanın çox gözəl aktrisa olduğunu, hər zaman bu teatrda Bəsti xanımın üzərində böyük əsərlər qoyulduğunu deyib: “Aktrisa bundan sonra da yaradıcılığını bu teatrda geniş şəkildə davam etdirəcək. Lakin o, müsahibəsində hazırda repertuarda olan dörd əsəri - “Kaş araba aşmayaydı”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Xurşudbanu Natəvan” və “İnsan səsi” tamaşalarının adını çəkməyi unudub. Nazirlik tərəfindən verilən rollara gəlincə, aktrisadır, arzusunu bildirib və arzusu reallaşıb. “Fedra” əsərində nazir onu məsləhət bildi, rejissor kimi bu əsəri qoymaq mənə təklif olundu. Mən də çox həvəslə o tamaşanı səhnələşdirdim. Amma “Kaş bu araba aşmayaydı” və “Xurşudbanu Natəvan” teatrın özünün, “Müsyö Jordan və Dərviş Məstəli şah” və “İnsan səsi” isə bizim diplomçu gənc rejissorların əsərləridir. Ola bilər ki, Mədəniyyət və Turizm Nazirliyi bizim istedadlı xalq artistlərimizə dəstək olur, bu çox gözəl haldır”. M. Fərzəlibəyov B. Cəfərovanın 50 illik yubileyinin işlədiyi teatr tərəfindən qeyd olunmaması məsələsinə də aydınlıq gətirib: “Bəsti xanımın 50 illik yubileyinin keçirilməsi teatr rəhbərliyi tərəfindən onun özünə təklif olundu, lakin Bəsti xanım dedi ki, teatrın binası təmirdədir, o da buna görə 50 illiyinin qeyd edilməsini istəmir. Maqbet Bünyatovun rəhbərliyinə gəlincə, o, 50 ildir teatr sahəsində çalışır. Maqbet müəllimlə mənim münasibətim hər zaman yaradıcı olub və o mənə bir rəhbər kimi yaradıcı məsləhətlər verir. Onun mənim işimə qarışması, rollar bölməsi, pyeslər seçməsi ilə bağlı iradların heç biri düzgün deyil”. Baş rejissor teatrın rəhbərinin heç zaman onun işinə qarışmadığını da dilə gətirib: “Müdir birbaşa mənim işimə qarışmır, çalışır ki, mənə dəstək olsun. Biz Maqbet müəllimlə 4 ildir, birgə çalışırıq və bu müddət ərzində nə yaradıcı, nə şəxsi konfliktimiz olub, ola da bilməz. Hazırda teatr binası təmirdə olmasından dolayı məhdudlaşdırılmış şəkildə işləyirik. Buna baxmayaraq, təmir müddətində çətinliklə dörd tamaşanın premyerasını keçirmişik”.
B. Cəfərovanın rejissorların maddiyyatla klassik, baş rolları qeyri-peşəkarlara verməsi fikrinə gəlincə, teatrın baş rejissoru bu fikirlərə qəti şəkildə etiraz edib: “Pul alıb rol verən rejissorların adını çəkmək lazımdır. Əgər belə hal varsa, bu, məhkəməlik bir işdir. Mən baş rejissoram, heç zaman istedada qarşı çıxmamışam. Heç bir aktyor deyə bilməz ki, kimdənsə nəsə alınıb. Bu mümkün deyil. Əgər söhbət “Antonio və Kleopatra” əsərindən gedirsə, necə ki, “Fedra” əsərində nazirlik Bəstiyə dəstək oldu, eləcə də “Misir gecələri” adı altında hazırlanan “Antonio və Kleopatra” tamaşasında vaxtilə Məleykə Əsədovaya dəstək olmuşdu və o əsər teatrda dövlət sifarişi kimi hazırlanmışdı. Rolların satılması barədə deyilənlər böhtandır. Bəlkə kimsə bunu edir, mənim xəbərim yoxdur. Biz yeddi rejissoruq, aramızda beləsi varsa, adını desinlər. Bu rejissorların hər biri ləyaqətli insandır, “Şöhrət” ordenlidir, xalq artistidir. Bu sözü ümumiləşdirilmiş şəkildə demək düzgün deyil. Şəxsən, mən heç kimə tapşırıqla rol verməmişəm, ömrü boyu da ola bilməz. Yenə deyirəm, belə rejissor varsa, adını desinlər. Kimdir o adam? Axı bu formada hamıya ləkə yaxmaq olmaz. Eyibdir...”
M. Fərzəlibəyov sonda B. Cəfərovanın yaradıcılığının hər zaman öndə olduğunu bildirib: “Bəsti Cəfərova böyük və istedadlı aktrisa kimi teatrda sayılıb və sayılacaq, bundan sonra da ona rollar veriləcək. Mən Bəsti ilə çox əsər işləmişəm və bu cür iş birlikləri hələ çox olacaq”.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 160 nəfər xilas edilib, ölənlər var- YENİLƏNİB-2
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib