Bank Of Baku

Azərbaycanın ilk səsli filmində istifadə olunan tar Dövlət Film Fonduna təqdim edilib

Azərbaycanın ilk səsli filmində istifadə olunan tar Dövlət Film Fonduna təqdim edilib
# 14 yanvar 2010 14:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan ilk peşəkar kinorejissoru Səməd Mərdanovun şəxsi arxivi və ona məxsus olan tar Dövlət Film Fonduna verilib. Bu barədə APA-ya Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. C. Quliyev deyib ki, həm şəxsi arxiv, həm də milli musiqi aləti tar onun ailəsi tərəfindən fonda təqdim olunub. C. Quliyev deyib ki, təqdim olunan tar Azərbaycan kino tarixi üçün çox əhəmiyyətlidir. Belə ki, məhz həmin 1935-ci ildə Azərbaycanın ilk səsli filmi olan “Mavi dəniz”də istifadə olunub və filmdə əsas qəhrəmanlardan biri məhz bu tar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR