Bank Of Baku

“İstanbul-Avropa Mədəniyyət Paytaxtı- 2010” mədəniyyət ilinin açılışını Türkiyə prezidenti və baş naziri elan edəcək

“İstanbul-Avropa Mədəniyyət Paytaxtı- 2010” mədəniyyət ilinin açılışını  Türkiyə prezidenti və baş naziri elan edəcək
# 14 yanvar 2010 15:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yanvarın 16-da “İstanbul-Avropa Mədəniyyət Paytaxtı- 2010” Mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcək. Haliç Konqres Mərkəzində gerçəkləşəcək açılış mərasimi ilə eyni vaxtda bütün mərasim tədbirləri İstanbulun daha 6 mərkəzi meydanında baş tutacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Haliç Konqres Mərkəzində 65 dəqiqəlik “İstanbul Sehri” adlanan açılış gecəsində dünyanın bir çox ölkələrindən 5 minə yaxın qonaq – yüksək dövlət və siyasət, sənət və mədəniyyət adamları iştirak edəcək.
Mədəniyyət ilinin rəsmi açılışı Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəp Tayyip Ərdoğan tərəfindən elan olunacaq. Z. Əliyevanın sözlərinə görə, “İstanbul-Avropa Mədəniyyət Paytaxtı-2010” Mədəniyyət ilinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün İstanbula yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR