Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında Knut Hamsun və Anton Çexovun əsərləri tamaşaya qoyulacaq

Gənc Tamaşaçılar Teatrında Knut Hamsun və Anton Çexovun əsərləri tamaşaya qoyulacaq
# 15 yanvar 2010 05:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış Norveç yazıçısı, Nobel mükafatı laureatı Knut Hamsunun “Viktoriya” əsəri əsasında hazırlanan tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, “Məhəbbət balladası” adlanan əsərin səhnələşdirilməsi Norveç Krallığının Azərbaycandakı səfirliyi və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsidir.

Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Fuad Qafarov, rəqslərin quruluşçusu isə Vüsal Mehrəliyevdir. Pyesdə baş rolları Günel Məmmədova, Elnur Kərimov, əməkdar artistlər Lətifə Əliyeva, Rəzzaq Məmmədov və başqaları ifa edirlər.

Tamaşada Norveç bəstəkarı Edvard Griqin musiqisi səslənir. Tamaşanın premyerası yanvarın 16-sı üçün planlaşdırılır.

Eyni zamanda teatrın kollektivi yanvarın 26-da daha bir səhnə əsəri ilə öz tamaşaçılarını sevindirəcək. Bu, A.P.Çexovun “Albalı bağı” adlı pyesi olacaq. Tamaşaya quruluş verən xalq artisti İrina Perlovadır. Müxtəlif obrazları teatrın əməkdar artistləri Leyli Vəliyeva, Nofəl Vəliyev, Ayşad Məmmədov, Şövqi Hüseynov, Seyidşah Məmmədov və başqaları canlandıracaqlar.

Tamaşa A.P.Çexovun anadan olmasının 150 illiyinə həsr olunub. Həmin gün eyni zamanda Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin də açılışı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR