Bank Of Baku

Azərbaycan Milli Tarix Muzeyinin yaranmasının 90 illiyi qeyd olunacaq

Azərbaycan Milli Tarix Muzeyinin yaranmasının 90 illiyi qeyd olunacaq
# 15 yanvar 2010 12:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu il Azərbaycan Milli Tarix Muzeyinin yaradılmasının 90 illiyi tamam olur. Muzeydən APA-ya verilən məlumata görə, 2010-cu il Tarix Muzeyinin yubiley ili elan edilib. Yubiley çərçivəsində muzey rəhbərliyi tərəfindən silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Məlumatda bildirilib ki, tədbirlər siyahısına müxtəlif sərgilərin keçirilməsi, beynəlxalq tədbirlərin təşkili, eləcə də Tarix Muzeyinin 90 illik fəaliyyətini əks etdirən broşürlərin hazırlanması və digər layihələrin həyata keçirilməsi daxil edilib. 2010-cu ilin sonunda isə yubileyin ilinib bağlanışı münasibəti ilə Milli Tarix Muzeyində beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Dünyanın bir sıra ölkələri ilə əlaqələr yaradan və əməkdaşlıq edən Tarix Muzeyinin yubiley tədbirlərinə Koreya, Rusiya və Belarusun Tarix Muzeylərindən də qonaqlar dəvət ediləcək. Yubiley ilində Tarix Muzeyinə yeni eksponatların gətirilməsi də nəzərdə tutulur. Məlumata görə, hazırda bununla bağlı lazımi tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR