Bank Of Baku

Mehriban Ələkbərzadə “1918 qara bayram” sənədli filminin çəkilişlərinə başlayır

Mehriban Ələkbərzadə “1918 qara bayram” sənədli filminin çəkilişlərinə başlayır
# 16 yanvar 2010 02:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Salnamə” sənədli filmlər studiyasında bu il ərzində yeni filmlərin çəkilişi nəzərdə tutulur.

Studiyadan APA-ya verilən məlumata görə, yaxın vaxtlarda Nadir Bədəlovun ssenarisi əsasında rejissor Şamil Əliyevin hazırladığı “Qala” filminin təqdimatı keçiriləcək. Artıq filmin montajı bitmək üzrədir və yaxın günlərdə təhvil veriləcək. Filmdə Qala kəndinin etnoqrafiya və tarixindən bəhs olunur.

Eyni zamanda “Salnamə” sənədli filmlər studiyasında rejissor Mehriban Ələkbərzadənin “1918 qara bayram” tammetrajlı sənədli filminin yaxın günlərdə çəkilişlərinə başlanılması nəzərdə tutulur. Film zəngin foto, kino və arxiv materialları ilə əhatə olunacaq. Filmin ssenari müəllifi Nadir Bədəlovdur. Film üçün Türkiyə, Rusiya arxivlərində də çalışmalar aparılıb. Filmin çəkilişləri Azərbaycanla yanaşı, Rusiya və Türkiyə də həyata keçiriləcək.

Yaxın aylarda rejissor Tahir Əliyevin Rusiyanın Sankt-Peterburq şəhərindəki “Lennaucfilm” studiyası ilə birgə layihəsi gerçəkləşəcək. Bu əməkdaşlıq əsasında sözügedən studiya ilə “Azərbaycanın milli qəhrəmanları” layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bu layihə çərçivəsində Azərbaycan qəhrəmanları haqqında silsilə qısametrajlı filmlər çəkiləcək.

Bundan əlavə, “Salnamə” sənədli filmlər studiyası ilə alman kinematoqrafçılarının birgə layihəsi çərçivəsində hazırlanan “Qafqazda ümid yeri” filminin təqdimatı keçiriləcək. Filmin ilk nümayişi fevralda Ştutqartda baş tutacaq. Bu filmin Bakıdakı nümayişi mart üçün nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR