Bank Of Baku

Azərbaycanda ilk dəfə olaraq Milli Dövlət Teatrları Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq Milli Dövlət Teatrları Festivalı keçiriləcək
# 19 yanvar 2010 08:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda ilk dəfə olaraq Milli Dövlət Teatrları Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, festivalın fevralın sonlarından başlayaraq bu ilin sonuna qədər keçirilməsi nəzərdə tutulur. Nazirliyin təşkilatçılığı ilə həyata keçiriləcək festivalda respublikanın bütün regionlarından 26 teatrın iştirakı gözlənilir. 10 ay müddətində festival çərçivəsində dəyirmi masalar təşkili ediləcək, artistlər, teatrşünas, sənətşünas və festivalın digər iştirakçıları ilə görüşlər, seminarlar reallaşacaq. Milli Festivalın keçirilməsində məqsəd ölkə teatrları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, regional teatrların fəaliyyətinin stimullaşdırılması və onların paytaxt tamaşaçılarına təqdim olunması üçün imkanların yaradılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR