Bank Of Baku

“Əbədiyyətə qovuşan Koroğlu” sənədli filminin təqdimatı keçirilib

“Əbədiyyətə qovuşan Koroğlu” sənədli filminin təqdimatı keçirilib
# 19 yanvar 2010 10:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Kinematoqrafçılar İttifaqında 20 Yanvar faciəsinin 20 illiyi ilə əlaqədar anım tədbiri keçirilib. APA-nın məlumatına görə, anım tədbirində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Koroğlu Rəhimova həsr olunan “Əbədiyyətə qovuşan Koroğlu” 40 dəqiqəlik sənədli filminin nümayişi də baş tutub.
Tədbirdə çıxış edən Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi, xalq artisti Rasim Balayev 20 il bundan əvvəl törədilmiş faciədən danışıb. O bildirib ki, təqdim olunan filmdə şəhid Koroğlu Rəhimovun həyatı və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar yer alıb.
Şəhidin oğlu Rəşad Rəhimov bildirib ki, bu film insanlara vətənpərvərlik ruhunu aşılayır. O bildirib ki, atası uzun müddət Ağdərədə döyüşüb və elə orda da döyüş zamanı dünyasını dəyişib. R. Rəhimov onu da bildirib ki, bu, atası haqqında çəkilən ilk filmdir.

İttifaqın foyesində şəhid Koroğlu Rəhimova həsr olunmuş foto, sənəd və kitab sərgisi də nümayiş etdirilib. Tədbirdə milli qəhrəman və şəhid ailələri, ziyalılar iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR