Bank Of Baku

İncəsənət Muzeyində “Bakı: 20 Yanvar, 1990-cı il” adlı sərgi açılıb - FOTO

İncəsənət Muzeyində “Bakı: 20 Yanvar, 1990-cı il” adlı sərgi açılıb - <font color=red>FOTO</font>
# 19 yanvar 2010 13:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində “Bakı: 20 Yanvar, 1990-cı il” adlı sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, Azərbaycan məhz 20 Yanvar şəhidlərinin sayəsində uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşub: “Bu qanlı hadisələrdən illər ötməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Çox yaxşıdır ki, İncəsənət Muzeyində, Rəssamlıq Akademiyasında, Rəssamlar İttifaqında saxlanılan əsərlərin arasında məhz bu mövzuya həsr olunmuş çoxlu şəkillər var”.

Qeyd edək ki, sərgidə Azərbaycanın tanınmış rəssamlarının 20 Yanvar faciəsinə həsr olunmuş 50-dən artıq əsəri nümayiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR