Bank Of Baku

“İstanbul Avropa Mədəniyyətinin Paytaxtı-2010” Mədəniyyət İli çərçivəsində Türkiyədə “Koroğlu” operası nümayiş olunacaq

“İstanbul Avropa Mədəniyyətinin Paytaxtı-2010” Mədəniyyət İli çərçivəsində Türkiyədə “Koroğlu” operası nümayiş olunacaq
# 19 yanvar 2010 14:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “İstanbul – Avropa Mədəniyyətinin Paytaxtı-2010” Mədəniyyət İli çərçivəsində Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəyovun “Koroğlu” operası nümayiş olunacaq. APA-nın məlumatını məlumatı jurnalistlərə bu günlərdə keçirilən “İstanbul – Avropa Mədəniyyətinin Paytaxtı-2010” Mədəniyyət İlinin rəsmi açılış mərasimində iştirak edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir vurğulayıb ki, operanın nümayişi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə baş tutacaq. Ə. Qarayev Mədəniyyət İlinin açılış mərasimində 25 ölkənin iştirak etdiyini və açılış üçün təşkil olunmuş konsert proqramında Azərbaycanın xalq mahnısı “Sarı gəlin”in də ifa olunduğunu qeyd edib: “Yüksək səviyyədə təşkil olunan açılış konsertinin təşkilatçıları arasında Azərbaycan müəllifləri və bəstəkarları da olub. Ümidvaram ki, İstanbul “Avropa Mədəniyyətinin Paytaxtı” funksiyasını layiqincə həyata keçirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR