Bank Of Baku

Bəstəkarlar İttifaqı Soltan və İsmayıl Hacıbəyovların, Müslüm Maqomayevin xatirə gecələrini təşkil edəcək

Bəstəkarlar İttifaqı Soltan və İsmayıl Hacıbəyovların, Müslüm Maqomayevin xatirə gecələrini təşkil edəcək
# 19 yanvar 2010 15:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2010-cu ilin ilk 6 ayı ərzində Azərbaycan Bəstəkarlar İttifaqında bir sıra yeni kitabların təqdimatı və yubileylərin keçirilməsi nəzərdə tutulur. Bu barədə APA-ya Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bəstəkar Qara Qarayevin doğum günündə - fevralın 5-də ittifaqda “Qara Qarayev - tələbələrin xatirəsində” kitabının təqdimat mərasimi keçiriləcək. Tədbir çərçivəsində kitabın tərtibatçı-redaktoru Nərgiz Şəfiyevanın 70 illiyini də qeyd ediləcək. Bundan başqa fevral ayında “II Beynəlxalq Muğam Festivalı ərəfəsində” layihəsi çərçivəsində musiqişünas-alim Səadət Abdullayevanın “Azərbaycan musiqisi və təsviri sənət” kitabının təqdimatını və müəllifin 70 illik yubileyini keçirilməsi nəzərdə tutulur. Həmçinin “Etnomusiqişünaslığın problemləri” mövzusunda elmi-praktik konfrans və bu konfransda tarzən Əkrəm Məmmədlinin “Azərbaycan muğamlar” not kitabının təqdimatı, kamança ifaçısı Arif Əsədullayevin “İnstrumental muğamlar” kitabının təqdimatı və müzakirəsi planlaşdırılır.
İttifaqın bu ilin ilk yarısı üçün nəzərdə tutulan tədbirlər planına görkəmli bəstəkarlar Soltan və İsmayıl Hacıbəyovların, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirə gecələri, bununla yanaşı xalq artisti Sevda İbrahimovanın 70, musiqişünas alim Rəna Məmmədova-Sarablının 60, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın 70, bəstəkar Telman Hacıyevin isə 80 illik yubileylərinin də qeyd olunması daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR