Bank Of Baku

“20 Yanvar” və “Qaçqınlar” sənədli filminin təqdimat mərasimi keçirilib - FOTO

“20 Yanvar” və “Qaçqınlar” sənədli filminin təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 19 yanvar 2010 15:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) 20 Yanvar hadisələrinin 20-ci ildönümü ilə əlaqədar “20 Yanvar” və “Qaçqınlar” filmlərinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə 20 Yanvar faciəsindən söhbət açıb. Daha sonra filmlər haqqında məlumat verən ittifaq sədri bildirib ki, “20 Yanvar” filmi bir çox xarici ölkələrdə nümayiş olunub: ““20 Yanvar” filminin çəkilişlərinə qadağa qoyulmasına baxmayaraq film 1990-cı ilin oktyabr ayında ərsəyə gəlib. Film 1 saat 20 dəqiqədən ibarətdir”.

Qeyd edək ki, bu gün nümayiş olunan hər iki filmin rejissoru Cahangir Zeynallıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR