Azərbaycan teatr və kino sənətində unudulmaz rollar yaradan korifey aktrisa Səfurə İbrahimova heç kimlə görüşmək istəmir - FOTO
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Maqbet Bünyatov APA-ya açıqlamasında S. İbrahimovanın artıq neçə ildir ki, heç bir telefon zənglərinə cavab vermədiyini bildirib. Maqbet Bünyatov Səfurə xanım İbrahimova ilə 70-80-cı illərdən tanış olduğunu, ancaq uzun zamandır onunla görüşə bilmədiyini qeyd edib: “Daima Səfurə xanımın yaradıcılığını, rollarını izləmişəm. Bilirsiniz ki, Səfurə xanım teatrda da, kinoda da yaratdığı hər bir rola möhür vurub. Mən bu teatra rəhbər gələndə artıq Səfurə xanım teatrdan ayrılmışdı. Buna baxmayaraq bir neçə dəfə onu teatra dəvət etdik, evinə getməyə cəhd elədik, ancaq bu, bizə nəsib olmadı. Bu cəhdlərim onunla ancaq bir neçə dəfə telefonla danışmağımla nəticələndi. Səfurə xanıma teatra qayıtmasını təklif etdim və bildirdim ki, çox yaxşı olar ki, müqavilə əsasında yaşına və təcrübəsinə uyğun tamaşalarda oynasın. Ancaq o, səhhətində problem olduğunu bildirdi”.
Teatr rəhbərinin sözlərinə görə, Səfurə İbrahimova hazırda ancaq Dövlət Akademik Milli Dram Teatrının rejissor köməkçisi Rəfiqə xanımın onun evinə gəlməsinə razılıq verir. M. Bünyatov isə aktrisanın durumundan ancaq Rəfiqə xanım vasitəsi ilə xəbər tutur: “Onun səhhətindəki problem barədə danışa bilmirəm. Bunu ancaq onun həkimi bilir. Onunla görüşmək mümkün olmayıb, çünki bizi qəbul etməyib”. Teatr rəhbərinin sözlərinə görə, iki il bundan əvvəl S. İbrahimovanın 70 yaşı olanda teatr onun üçün gül dəstəsi və xüsusi tort hazırlatsa da, Səfurə İbrahimova heç yubiley günündə də teatrdan gələn qonaqları qəbul etməyib, yalnız Rəfiqə xanımla görüşüb.
Onu da öyrəndik ki, artıq neçə müddətdir Səfurə İbrahimova prezident təqaüdünü almağa belə getmir. Səfurə İbrahimova çox qısamüddətli ailə qursa da, övladı olmayıb. Ailəsinin dağılmasına isə səbəb həyat yoldaşının görkəmli aktrisanı “ya sənət, ya ailə” seçimi qarşısında qoyması olub. S. İbrahimova isə sənəti seçib.
Qeyd edək ki, Səfurə İbrahimova 1938-ci il dekabrın 27-də Bakıda anadan olub. 1960-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olub. Həmin ildən də ona bir neçə rol tapşırılıb və tələbə-aktrisa Akademik Teatrın truppasına qəbul edilib. Səhnə məlahəti və səhnə cazibəsi ilə həmişə tamaşaçıları heyran qoyan, teatrşünaslığın diqqət mərkəzində olan aktrisa bu illər ərzində teatrda Hüseyn C avidin “Səyavuş” əsərində gəlin, “Knyaz”da Jasmen, “İblis”də Rəna, Sabit Rəhmanın “Sevimli rollar” əsərində Mələk, “Toy”da Kamilə, “Əliqulu evlənir”də Qumral, “Xoşbətlər”də İnci, “Küləklər”də Roza, M. Hüseynin “Alov” əsərində Əsmər, Səməd Vurğunun “Vaqif” əsərində Gülnar, “İnsan”da Tatyana, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərində Sarısaç qız, “Sevgililərin cəhənnəmdə vüsalı”nda Mədinə, “Hökmdar və qız”ında Tubu xanım, Bəxtiyar Vahabzadənin “Kimdir haqlı” əsərində Həyat, Vilyam Şekspirin “Hamlet” əsərində Ofeliya, Lorkanın “Dişi canavar”ında Prudensiya, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”nda Zəhra bəyim, Vidadi Babanlının “Ana intiqamı”nda Səltənət, Nəriman Həsənzadənin “Atabəylər” əsərində ikinci xatun, Anarın “Adamın adamı” əsərində Balaxanım, Cəfər Cabbarlının “Sevil” əsərində Sevil, Əli Əmirlinin “Köhnə ev” əsərində Mələk və başqa bu kimi sanballı rollar yaradıb.
10-dan çox televiziya tamaşasında oynamış aktrisanın ən yaddaqalan ekran obrazlarından biri İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” lirik-psixoloji dramında yaratdığı Nəzakət obrazıdır.
Aktrisa müxtəlif illərdə “Azərbaycanfilm” kinostudiyasında “Sevil” (Dilbər), “Arşın mal alan”(Telli) “Qatır Məmməd” (Həbibə), “Alma almaya bənzər” (Mədinə), “Qaynana (Sədaqət), “Dərviş Parisi dağıdır” (Gülpəri) və başqa bədii filmlərə çəkilib.
Səfurə İbrahimova Hüseyn Cavidin “İblis” faciəsində oynadığı Rəna roluna görə 1984-cü ildə Azərbaycan Respublikasının dövlət mükafatına, 1974-cü ildə əməkdar artist, 2002-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Səfurə İbrahimovanın səhhətində problemlər yarandığından o, 2005-ci ildə teatrdan uzaqlaşıb. 2008-i il dekabrın 27-də aktrisanın 70 yaşı tamam olub.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 172 nəfər xilas edilib, 6 nəfər ölüb- YENİLƏNİB-2
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib