Bank Of Baku

Ukrayna Akademik Opera və Balet Teatrının quruluşçu rejissoru Nikolay Tretyakı Bakıya dəvət edilib

Ukrayna Akademik Opera və Balet Teatrının quruluşçu rejissoru Nikolay Tretyakı Bakıya dəvət edilib
# 22 yanvar 2010 10:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakkomo Puççininin “Boqema” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada ilk dəfə olaraq əsas partiyaları Azərbaycanın əməkdar artisti İnara Babayeva (Muzetta) və İlahə Əfəndiyeva (Mimi) ifa edəcəklər. Tamaşada həmçinin teatrın aparıcı solistləri Əvəz Abdullayev (Marsel), Həsən Enami (Rudolf), Əkrəm Poladov (Kollen), Əli Əsgərov (Alsindor) da aparıcı partiyalarda çıxış edəcəklər.

Tamaşada ilk dəfə debüt edən solistləri hazırlamaq, həmçinin bütünlükdə solistlər və xor artistləri ilə yaradıcı-bədii iş aparmaq üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi təcrübəli ukraynalı rejissor, Ukrayna Akademik Opera və Balet Teatrının quruluşçu rejissoru, Ukraynanın əməkdar incəsənət xadimi Nikolay Tretyakı Bakıya dəvət edib. N.T retyak Kiyev, Odessa, Krasnoyarsk və Perm Opera Teatrlarının səhnələrində bu tamaşanın quruluşunu uğurla həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR