Bank Of Baku

Ötən il Azərbaycanda muzeyləri 1,4 milyon nəfər ziyarət edib

Ötən il Azərbaycanda muzeyləri 1,4 milyon nəfər ziyarət edib
# 22 yanvar 2010 13:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 2009-cu ildə Azərbaycanda muzeylərə gələnlərin sayı 1,4 milyon nəfər, teatrlara gələnlərin sayı 0,6 milyon nəfər olub. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitə tərəfindən “Kitabxanaların fəaliyyəti haqqında” statistik müayinə keçirilib və bu proses kütləvi, uşaq, gənclər, elmi, elmi-texniki, digər ixtisaslaşdırılmış, həmçinin müəssisələrin nəzdində olan 8 507 kitabxananı əhatə edib. Kitabxanaların 111 milyon nüsxədən ibarət olan fondunun 80,5 faizini kitablar, 5,4 faizini qəzet və jurnallar, 14,1 faizini isə digər materiallar təşkil edir ki, onların da 72,8 faizi şəhər, 27,2 faizi isə kənd yerlərində fəaliyyət göstərən kitabxanaların payına düşür. Kitabxana fondunun 34,6 faizi ümumtəhsil məktəblərində, 32,0 faizi Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan kitabxanalarda, 21,4 faizi elmi və elmi-texniki kitabxanalarda, 12,0 faizi isə digər müəssisə və təşkilatların kitabxanalarındadır. Kitabxanalarda olan fondun 65,5 faizi Azərbaycan, 31,1 faizi rus, 2 faizi ingilis, 1,4 faizi digər dillərdədir. Azərbaycan dilində olan ümumi fondun 71,9 faizi latın əlifbasındadır. Azərbaycan dilinin latın qrafikasında olan fondun xüsusi çəkisi şəhər yerlərində 81,6 faiz, kənd yerlərində 56,8 faizdir.

2009-cu ilin I yarısında kitabxanalara 4,8 milyon müraciət qeydə alınıb, 53,4 milyon kitab və ya digər informasiya mənbələrindən istifadə edilib. İnternet vasitəsilə elektron kitabxanalara edilən müraciətlər kitabxanalara olunan ümumi müraciətlərin cəmi 2,0 faizini təşkil edib. Bu gün Azərbaycanda 2751 klub müəssisəsi, 205 muzey, 31 peşəkar teatr, 4 filarmoniya, 6 musiqi kollektivi və 2 konsert zalı əhaliyə xidmət göstərir.

Komitədən bildirilib ki, bu layihə Azərbaycanın dövlət başçısının 6 oktyabr 2008-ci il tarixli, 3 072 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın 2.1.8-ci bəndinə uyğun olaraq həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR