Bank Of Baku

Bakı Musiqi Akademiyasında Azərbaycan bəstəkarları Soltan və İsmayıl Hacıbəyovların xatirəsinə həsr olunmuş konsert keçiriləcək

Bakı Musiqi Akademiyasında Azərbaycan bəstəkarları Soltan və İsmayıl Hacıbəyovların xatirəsinə həsr olunmuş konsert keçiriləcək
# 22 yanvar 2010 13:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yanvarın 25-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycan bəstəkarları Soltan və İsmayıl Hacıbəyovların xatirəsinə həsr olunmuş konsert keçiriləcək. BMA-dan APA-ya verilən məlumata görə, konsertdə pianoçular Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Səidə Tağızadə, Fəridə Məmmədova, Səbinə Əsədova, Gülşən Ənnağıyeva, Rəna Rzayeva, Elman Mustafayev, Nizami Zeynalov və Vurğun Vəkilov çıxış edəcəklər. Eyni zamanda konsertdə azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi altında “Contempo” ansamblının da çıxışı nəzərdə tutulur.

Konsert proqramında Soltan Hacəbəyovun “Uvertura” və “Variasiyalar” fortepiano duetləri, “Lay-lay“, “Bakının işıqları” kompozisiyaları, İsmayıl Hacıbəyovun “Vatto üslubunda eskizlər”, “Sevməcə” romansı “Bahar” vokal silsiləsi, “Albomdan səhifələr” və digər mahnıları ifa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR