Bank Of Baku

Mariinski Opera və Balet Teatrının solisti Anastasiya Koleqova: “Bakını bu şəhərə yenidən qayıtmaq arzusu ilə tərk edirəm”

Mariinski Opera və Balet Teatrının solisti Anastasiya Koleqova: “Bakını bu şəhərə yenidən qayıtmaq arzusu ilə tərk edirəm”
# 25 yanvar 2010 12:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçirilib. APA-nın məlumatın görə, tamaşa anşlaqla və əsil bayram əhval-ruhiyyəsi ilə baş tutub. Klassik balet sənəti ulduzları – Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Rusiyanın əməkdar artistləri, balet artistlərinin çoxsaylı beynəlxalq müsabiqələrinin laureatları Anastasiya Koleqova və Danil Korfuntsevin baş rolları ifa etdikləri tamaşada əsil baletsevərlər, bir çox xarici şirkətlərin, səfirlik və diplomatik nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Odetta-Odilliya rolunun ifaçısı Anastasiya Koleqovanın fantastik texnikası, zərifliyi, gözəl xarici görkəmi və öz rolunun öhdəsindən bacarıqla gəlməsi və onun tərəf-müqabili, Şahzadə Ziqfrid rolunda çıxış edən Danil Korfuntsevin peşəkarlığı tamaşaçıları heyran edib. Teatrın balet truppasının artistləri və xalq artisti, professor Cavanşir Cəfərovun rəhbərliyi altında simfonik orkestr də tamaşada yüksək səviyyədə çıxış ediblər.

Tamaşadan sonra Anastasiya Koleqova Azərbaycan səhnəsində yenidən çıxış etməsindən məmnunluğunu dilə gətirib: “Bu mənim Azərbaycan Opera və Balet Teatrının səhnəsində ikinci çıxışımdır. Hər dəfə Bakıya böyük məmnuniyyətlə gəlirəm. Bütün tamaşa boyu öz alqışları, “bravo” sədaları ilə məni ruhlandıran bakılı tamaşaçıları çox bəyənirəm. Teatrın balet truppası və orekstrlə birlikdə çıxış etmək mənə yüksək zövq verir. Bu şəhərə yenidən qayıtmaq və sizin teatrın səhnəsində bir daha çıxış etmək arzusu ilə Bakını tərk edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR