Bank Of Baku

Bakıda “İtaliya mədəniyyəti dünya sivilizasiyası kontekstində” mövzusunda seminar keçiriləcək

Bakıda “İtaliya mədəniyyəti dünya sivilizasiyası kontekstində” mövzusunda seminar keçiriləcək
# 26 yanvar 2010 11:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Bakıda “İtaliya mədəniyyəti dünya sivilizasiyası kontekstində” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək. Seminar “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti, Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun təşkilatçılığı ilə baş tutacaq. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Fuad Məmmədovun APA-ya verdiyi məlumata görə, seminar yanvarın 30-da gerçəkləşəcək. Seminarın proqramında “İtaliya mədəniyyəti dünya sivilizasiyası kontekstində”, “İtaliya mədəniyyəti italyanların gözü ilə”, ”İtaliya mədəniyyəti: tarix və müasirlik”, “İtaliya mədəniyyətinin etrusk komponenti”, “İtaliya ədəbiyyatı”, “İtalyan dilinin xüsusiyyətləri” mövzularında məruzələr dinlənəcək.
Məruzələrdən sonra “İtaliya mədəniyyəti: dünən, bu gün və sabah” mövzusunda dəyirmi masanın keçirilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR