Bank Of Baku

“Məşədi İbad” tamaşası İranda keçirilən Fəcr festivalında qələbə qazanıb – FOTO

“Məşədi İbad” tamaşası İranda keçirilən Fəcr festivalında qələbə qazanıb – <font color=red>FOTO </font>
# 27 yanvar 2010 14:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı İranda keçirilən 28-ci Beynəlxalq Fəcr Festivalından qələbə ilə qayıdıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Üzeyir Hacıbəylinin “Məşədi İbad” operettası ilə festivala qatılan teatrın kollektivi yanvar ayının 22-si və 23-ü Tehranın ən böyük teatr-konsert salonu olan Talari Vəhdət Sarayında çıxış edib. Tamaşada əsas rolları əməkdar artist Ramiz Məmmədov (Məşədi İbad), Fərid Əliyev (Sərvər), Nadir Xasıyev (Rüstəm bəy), Nərgiz Kərimova (Gülnaz), xalq artisti Arif Quliyev (hambal), əməkdar artist Elçin Həmidov (qəzetçi Rza), əməkdar artist Əkbər Əlizadə (intelligent Həsən), Səmədzadə Xasiyev (Həsənqulu bəy), Əzizağa Əzizov (Qoçu Əsgər), Novruz Əliyev (Məşədi Qəzənfər) ifa ediblər. Azərbaycan Respublikasının xalq artisti, görkəmli gülüş ustası Afaq Bəşirqızı isə Sənəm rolunda çıxış edib.

Dünyanın 50-yə yaxın ölkəsinin qatıldığı Fəcr festivalında Azərbaycan Dövlət Musiqili Komediya Teatrının ilk dəfə iştirak etməsinə baxmayaraq, kütləvi informasiya vasitələrinin yaydığına görə “Məşədi İbad” festivalın ən çox tamaşaçı toplayan əsəri hesab edilib. Festivalın təşkilatçılığını öz üzərinə götürən EKO (İqtisadi Əməkdaşlıq Təşkilatı) Mədəniyyət İnstitutunun xüsusi mükafatına layiq görülən kollektivin çıxışları yerli əhalinin böyük marağına səbəb olub.

Qeyd edək ki, bu, Musiqili Komediya Teatrının son 20 ildə iştirak etdiyi ilk mötəbər sənət yarışmasıdır. Uğurlu çıxışlardan sonra kollektivə may ayında İrana 10 günlük qastrol səfəri təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR