Bank Of Baku

Naxçıvanda Aşıqlar Birliyi fəaliyyətə başlayıb

Naxçıvanda Aşıqlar Birliyi fəaliyyətə başlayıb
# 28 yanvar 2010 10:09 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev—APA Naxçıvan Muxtar Respublikasında (MR) Aşıqlar Birliyi fəaliyyətə başlayıb. Bu barədə APA-ya Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əli Rzayev məlumat verib.
Onun sözlərinə görə, artıq birliyin sıralarına 35 peşəkar üzv qəbul edilib. Yeni yaradılan Aşıqlar Birliyi gələcəkdə Naxçıvan aşıqlarının həyat və fəaliyyətinin tədqiqi, onların xalq arasında yaşayan şeirlərinin toplanmasını da planlaşdırır.

Qurumun fəaliyyəti aşıq yaradıcılığı daha geniş və sistemləşdirilmiş şəkildə tədqiq və təbliğinə imkan verəcək. Birliyin yaradılmasında məqsəd Naxçıvanda aşıq sənətinin yaşadılması, öyrənilməsi, gənc ifaçıların bu sənətə marağının artırılmasına nail olmaqdır.

Qeyd edək ki, Naxçıvan MR Aşıqlar Birliyinin təsis yığıncağı ötən ilin dekabr ayında keçirilib. Yığıncaqda İxtiyar Seyidov birliyin sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR