Bank Of Baku

“Dövlət Sənədli Televiziya Filmləri Birliyi”nin yaradılması üçün təşəbbüs qrupu yaradılıb

“Dövlət Sənədli Televiziya Filmləri Birliyi”nin yaradılması üçün təşəbbüs qrupu yaradılıb
# 28 yanvar 2010 14:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – Bakı. “Dövlət Sənədli Televiziya Filmləri Birliyi”nin yaradılması üçün təşəbbüs qrupu yaradılıb. Bu barədə APA-ya təşəbbüs qrupunun üzvü jurnalist Vüqar Tapdıqlı bildirib. V. Tapdıqlı deyib ki, dünyanın bir neçə ölkəsində bu cür studiyalar baş arxivlər idarəsinin nəzdində, İnformasiya Nazirliyinin və yaxud da milli televiziya və radio şuralarının nəzdində fəaliyyət göstərir: “Azərbaycanda bu gün səkkiz televiziya kanalı fəaliyyət göstərir və hər bir kanalda televiziya filmləri şübhəsiz televiziyanın öz daxili imkanları hesabına çəkilir. “Dövlət Sənədli Televiziya Sənədli Filmləri Birliyi”ndə istehsal olunacaq filmlər əvəzsiz olaraq bütün televiziya kanallarında nümayiş oluna bilər”.
V. Tapdıqlı qeyd edib ki, yaradılan təşəbbüs qrupunda 11 şəxs təmsil olunur: “Dövlətin vəsaiti və sifarişi hesabına hazırlanan sənədli televiziya filmləri təbii ki, bir televiziya kanalının mülkiyyətinə çevrilir. Sənədli televiziya filmləri yaradıcılığın - istehsalın konkret bir sahəsi olsa da həm də ictimai əhəmiyyət malikdir, yəni salnamə funksiyasını daşıyır. Azərbaycanda sənədli filmlərinin yaradılmasının 50 ili tamam oldu. Böyük kinoda sənədli filmlərinin yaranma tarixini isə 110 yaşı var”.

Təşəbbüs qrupunun üzvü bildirib ki, çəkiləcək sənədli televiziya filmləri televiziya kanallarına əvəzsiz veriləcək və həmin filmlər istənilən kanalda göstərilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR