Bank Of Baku

Azərbaycan Bəstəkarlar İttifaqında yeni layihə çərçivəsində ilk tədbir keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqında yeni layihə çərçivəsində ilk tədbir keçirilib
# 28 yanvar 2010 16:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yanvarın 28-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda “Müasirlərlə dialoq” adlı yeni layihə çərçivəsində ilk tədbir keçirilib. APA-nın məlumatına görə, ilk tədbir Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüş olub.

Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə tədbirin önəmini qeyd edib. Sədr bildirib ki, bu tədbir ilk olsa da, son olmayacaq və hər ayın son cümə günü hansısa tanınmış sima ilə görüş keçiriləcək. Tanınmış simalar arasında mədəniyyət, incəsənət və elm xadimləri olacaq.

F.Əlizadənin sözlərinə görə, bu layihə 60-cı illərdə həyata keçirilsə də, daha sonra keçirilməyib və bu gün bunu bərpa etmək təqdirəlayiq haldır. Xalq yazıçısı Anar layihənin ilkinin məhz onun adı ilə bağlı olduğuna sevindiyini deyərək, bundan sonra bu tədbiri izləyəcəyini bildirib. Daha sonra F.Əlizadə yazıçı ilə söhbətə başlayıb və onun sonuncu əsəri olan “Ağ qoç, qara qoç” romanı ilə bağlı suallar səsləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR