Bank Of Baku

Miramax kinoşirkəti bağlanır

Miramax kinoşirkəti bağlanır
# 29 yanvar 2010 03:16 (UTC +04:00)
Bakı-APA. Harvi və Bob Vaynşteyn qardaşları tərəfindən əsası qoyulmuş Amerikanın Miramax kinoşirkəti bağlanır. APA-nın məlumatına görə, bu barədə Hollywood.com saytı yazıb.

Şirkətin 80-dək əməkdaşı işdən çıxarılıb, Nyu-York və Los-Ancelesdəki ofisləri isə bağlanıb. Miramax-da çəkilməkdə olan 6 filmin taleyi isə naməlumdur.

Miramax 1979-cu ildə yaradılıb, 1993-cü ildə isə Walt Disney şirkəti tərəfindən alınıb. Vaynşteynlər öz kinoşirkətlərini 2005-ci ildə tərk edərək yeni The Weinstein Company layihəsilə məşğul olublar. Kventin Tarantinonun «Şərəfsiz alçaqlar» filmini məhz bu şirkət çəkib. Bəzi məlumatlara görə, prodüsser qardaşlar keçmiş şirkətlərini Disney-dən almaq istəsələr də, buna gücləri çatmayıb.

Miramax kinoşirkəti müstəqil Amerika kinosunun əsas istehsalçılarından biri sayılır. Belə ki, «Kriminal qiraət», «Quduz itlər», «Billi öldürməli», «Saat», «Çikaqo», «Aşiq Şekspir», «Soyuq dağ», «Aviator», «Şokolad», «İstedadlı mister Ripli», «Burda qocalara yer yoxdur» və bəzi digər populyar filmlər məhz bu studiyada çəkiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR