Bank Of Baku

Cənnət Səlimova beynəlxalq festivalda ən yaxşı rejissor işinə görə mükafata layiq görülüb

Cənnət Səlimova beynəlxalq festivalda ən yaxşı rejissor işinə görə mükafata layiq görülüb
# 29 yanvar 2010 13:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən teatrın direktoru, əməkdar artisti Mübariz Həmidov bu günün əsl bayram olduğunu deyib: “Teatrımızın kiçik səhnəsində ilk tamaşanın nümayişidir. İlk tamaşa görkəmli yazıçı və dramaturq Anton Pavloviç Çexovun “Albalı bağı” əsəri əsasında hazırlanan tamaşa ilə açılması heç də təsadüfi deyil. Çünki bütün teatrsevərlər və Çexov pərəstişkarları yanvar ayında dramaturqun anadan olmasının 150 illiyini qeyd edir. Yaradıcı qurum olaraq teatr da bu tarixi qeyd etməyi planlaşdırıb. Məhz elə ona görə də, kiçik səhnədə ilk olaraq müəllifin “Albalı bağı” tamaşası nümayiş olunur”.
M. Həmidov teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimovanın ad günü olduğunu qeyd edərək, qocaman sənətkarı kollektiv adından təbrik edib.

Onu da qeyd edək ki, Cənnət Səlimova yaxın günlərdə İran İslam Respublikasında keçirilən “Fəcr” festivalında ən yaxşı rejissor işinə görə mükafata layiq görülüb. Festivalda Cənnət Səlimovanın Musiqili Komediya Teatrında quruluş verdiyi “Məşədi İbad” tamaşası nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR