Bank Of Baku

Moskvada “Zolotoy Vityas” II Beynəlxalq ekoloji filmlər kinoforumunda Azərbaycan “Naxçıvanda qış” filmi ilə təmsil olunacaq

Moskvada “Zolotoy Vityas” II Beynəlxalq ekoloji filmlər kinoforumunda Azərbaycan “Naxçıvanda qış” filmi ilə təmsil olunacaq
# 29 yanvar 2010 15:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fevralın 18-dən 21-dək Moskvada “Zolotoy Vityas” II Beynəlxalq ekoloji filmlər kinoforumu keçiriləcək. APA-nın festivalın rəsmi internet saytına istinadən yaydığı məlumata görə, kinoforumun devizi “Ekologiyanın canı – bəşəriyyətin xilası”dır. Kino-forumda Azərbaycan “Naxçıvanda qış” sənədli filmi ilə təmsil olunacaq. Filmin rejissoru Tahir Əliyev, operatoru Mətləb Yaqubovdur.

Kinoforumun təşkilatçıları arasında Rusiya Təbii Resurslar və Ekologiya Nazirliyi, Kinematoqrafçılar İttifaqı, “Mesnıye” Gənclər Ekoloji Hərəkatı, “Ekoqrad” Fondu var. Tədbirin keçiriləcəyi əsas məkan Mərkəzi Kinematoqrafçılar Evidir. Forumun yaradıcısı və daimi prezidenti Rusiyanın xalq artisti Nikolay Burlyayevdir.
Forumun fəxri qəyyumları Moskva və bütün Rusiyanın patriarxı Kirill, Federal Şuranın sədri Sergey Mironov, Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov və digərləridir. Forumda Rusiya, Azərbaycan, Belarus, Bolqarıstan, Bosniya və Hersoqovina, Gürcüstan, Qırğızıstan, Serbiya, Ukraynadan 56 sənədli film nümayiş olunacaq. Müsabiqədən kənar proqramda ekoloji gənclər təşkilatını və “Vita” Heyvanların hüquqlarını müdafiə mərkəzinin hazırladığı filmlər nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR