Bank Of Baku

“Yeni Era” Dünya Rəssamlıq Akademiyasının müxbir üzvü seçilən azərbaycanlı rəssama fəxri üzvlük diplomu təqdim olunub

“Yeni Era” Dünya Rəssamlıq Akademiyasının müxbir üzvü seçilən azərbaycanlı rəssama fəxri üzvlük diplomu təqdim olunub
# 01 fevral 2010 15:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Müasir İncəsənət Mərkəzində “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının müxbir üzvü seçilməsi münasibətilə rəssam Nağdəli Xəlilovun fərdi yaradıcılıq sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Rəssamlar İttifaqının katibi Ənvər Qarayev beynəlxalq akademiyanın üzvü seçilən azərbaycanlı rəssamı təbrik ediblər. Akademiyanın üzvlərindən olan heykəltəraş Xanlar Əhmədov N. Xəlilova fəxri üzvlüyü və üzvlük geyimini təqdim edib.

Qeyd edək ki, Xanlar Əhmədov, Ənvər Qarayev, Səmədağa Cəfərov və Arif Əzizov da “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının müxbir üzvləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR